BURADA REKLAMINIZ OLA
BİLƏR

“Space” televiziyasının yayımı dayandırılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

 

Şuradan Pravda.az-a verilən xəbərə görə, iclasda 11-17 may tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

 

İclasda qeyd edilib ki, 13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

 

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Tarix: 20 May 2020, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin