BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir neçə məmur həbs edildi

Ermənistanın Artik (əsl adı Ərtik-red) rayon icması rəhbərinin müavini Artak Arutyunyan həbs edilib.

 

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

 

Nəşr xatırladıb ki, bir neçə gün əvvəl Şirak vilayət administrasiyasının şəhərsalma şöbəsinin müdiri Xaçatur Xndzrtsyan və həmin idarənin mütəxəssisi Mkrtiç Asatryanın həbs olunub. Eyni cinayət işi çərçivəsində Artik geniş icmasının rəhbərinin müavini Artak Arutyunyan da həbs olunub. Məhkəmə onun 2 ay müddətinə həbs edilməsinə qərar verib.

 

Artak Arutyunyanın 2021-ci ildə Samvel Babayanın “Liberal” Partiyasının siyahısında “Artik” icmasının rəhbəri vəzifəsinə namizədliyi irəli sürülüb.

 

Seçkilərdən sonra icma başçısının müavini vəzifəsinə təyin edilib.

 

Report

Tarix: 23 Mart 2024, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin