BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ səfirliyi bir neçə gün əvvəl Rusiyadakı terror xəbərdarlığını İŞİD barədə məlumatlara əsaslandırdı

ABŞ rəsmiləri bildiriblər ki, martın əvvəlində Birləşmiş Ştatların Moskvadakı səfirliyinin saytında Rusiya paytaxtda ekstremist hücumlara hazırlıqla bağlı yerləşdirilən xəbərdarlıq qismən İŞİD terror qruplaşmasının bir qolu haqqında kəşfiyyat məlumatlarına əsaslanıb. Bu versiya "The Washington Post" qəzetində dərc olunan məqalədə yer alıb.

 

Qeyd edilir ki, martın 7-də ABŞ-nin Moskvadakı diplomatik missiyası “ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, insanların böyük toplaşdığı yerlərə hücum etmək planları” xəbərlərinə nəzarət etdiyini bildirib.

 

Daha sonra səfirlik ABŞ vətəndaşlarına “növbəti 48 saat ərzində böyük izdihamdan çəkinməyi” tövsiyə edib.

 

Report

Tarix: 23 Mart 2024, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin