BURADA REKLAMINIZ OLA
BİLƏR

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 137 nəfərə çatdı - YENİLƏNDİ - 2

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 137 nəfərə çatıb.

 

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, xəsarət alanların sayı 180-ə çatıb, 137 nəfər həlak olub.

***

 

13:26

 

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 154 nəfərə çatıb, 133 nəfər həlak olub.

 

Bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.

 

***

 

09:46

 

Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb.

 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb.


Bu barədə idarənin saytında məlumat verilir.

 

“Terror aktı nəticəsində xəsarət alanlardan 8- uşaqdır. 133 nəfər (3-ü uşaq) həlak olub”, - deyə məlumatda bildirilib.

 

Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.

 

APA

Tarix: 24 Mart 2024, 18:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin