BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları məlum oldu

İlkin məlumata görə, martın 24-də Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə hücum edənlər, “Milli Demokratik Qütb” təşkilatının üzvləridir.

 

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib.

 

“Biz ilkin məlumatları dərc etdik: üç hücumçu var idi, onların ad və soyadlarını açıqladıq. İlkin məlumata görə, onlar “Milli Demokratik Qütb”ün üzvləridir”, - Sarkisyan deyib.

 

“Milli Demokratik Qütb” mütəmadi olaraq ABŞ-lə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib.

 

Report

Tarix: 25 Mart 2024, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin