BURADA REKLAMINIZ OLA
BİLƏR

Maduro Karakasda mitinqdə ona qarşı sui-qəsd təşkil olunduğunu bildirib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib.

 

Nikolas Maduro bazar ertəsi Karakasın mərkəzində keçirilən mitinqdə onun həyatına cəhdin qarşısının alındığını deyib.

 

Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında mitinqdə çıxış edib: "Bu gün burada iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı". Onun sözlərinə görə, saxlanılanlar ifrat sağçı Vente Venesuela partiyasına mənsub olduqlarını etiraf ediblər.

 

O, sui-qəsdə cəhd edənlərin prezident tərəfdarlarının mitinqindən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

 

Karakas hökumətinin başçısı Naum Fernandes daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.

 

APA

Tarix: 26 Mart 2024, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin