BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə zənglərinə cavab verməyən tanışını bıçaqlayan şəxsdən xəbər var

 

 

 

 

 

Göyçayda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Əhsən Kazımovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 29-na təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə ötən il, saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayının həyətindəki adsız kafedə qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Əhsən Kazımov spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı, zərərçəkmiş Cavidan Ələsgərovla mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsi olub. Sonra o, kafedən götürüb meyvə doğradığı bıçaqla Cavidanın qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Əhsən Kazımov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 27 Mart 2024, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin