BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbə yoldaşını öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 27-nə təyin edilib.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqlanaraq ölüb.

 

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 27 Mart 2024, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin