BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan Azərbaycana ekstradisiya edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Oqtay Zamanovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. 

 

Qeyd: Oqtay Zamanov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Barəsində çoxsaylı şikayətlər edildikdən sonra o, Rusiyaya qaçıb. Daha sonra Oqtay Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Zamanov 8 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Qərardan zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilib. Həmin şikayətdə həmin qərarının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması xahiş olunmuşdu.

 

Kamal Məmmədov

 

Tarix: 28 Mart 2024, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin