BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə maşın almaq istəyən şəxsi döyənlərlə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlər - Yadigar Məmmədov, Elnur Əliyev, Mehman Əzizov və Ceyhun Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yadigar Məmmədov 8 il, Elnur Əliyev 8 il 6 ay, Mehman Əzizov 8 il və Ceyhun Zeynalova 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

 
Qeyd: Hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, təqsirləndirilən şəxslər Anar Zairova bıçaq zərbəsi endirərək üstündə olan 10 min manat pulu götürüblər. Məlum olub ki, zərərçəkmiş şəxs 10 min manatı avtomobil almaq üçün maşın bazarına gedirmiş. Daha sonra Y.Məmmədov, E.Əliyev, M.Əzizov və C.Zeynalov hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Mart 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin