BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənsimov İnsanovdan yazdı: “Bir dəfə satqınlıq edən hər dəfə səni də satar”

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sabiq Səhiyyə naziri Əli İnsanovun müxalifətin təşkil etdiyi “dəyirmi masa” iştirak etməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, M.Mənsimov deyib ki, Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etməsi daha məqsədəuyğun olardı: “Xəbərlərə baxanda Əli İnsanovla müxalifətin “zirvə görüşü” barədə bir məlumata rast gəldim.  Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşirkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi “ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, “bir dəfə satqınlıq edən hər dəfə səni də satar”. Masadakı “zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parçalamayın. “Bu yerazdı, o qrazdı, bu naxcvanli o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”.

Tarix: 5 Noyabr 2019, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin