BURADA REKLAMINIZ OLA
BİLƏR

AYNA taksilərlə bağlı sərtləşməyə görə tənqid edildi: "Sahibkarları niyə düşünmürsünüz?!"

"Taksilərlə bağlı mənasız qərarların arxasında məhz AYNA dayanır. Qurum  hər sahədə ən pis menecerdir. İstər taksilərlə bağlı, istərsə də parklanma və ya digər qərarlar. AYNA-nın işi təşviq olmalıdır, qadağa yox..."

 

Pravda.az-ın xəbərinə görə, bunu gənc siyasətçi Aslan Həmidli bildirib.

"İctimai-nəqliyyat sistemi normal qurulmadığı halda, bu qanunlar insanların narazılığına səbəb olacaq. AYNA rəhbərliyi yalnız özlərini ağıllı sayıb, qərar verirlər. Bəs sahibkar? Niyə düşünmürsünüz sahibkarları?! Nə vaxtsa sahibkarlarla görüşüb fikir alış-verişi etdinizmi?! Onların problemini dinlədinizmi?" - o qeyd edib.

Tarix: 29 Mart 2024, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin