BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski: “ABŞ-nin dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”

ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

 

"ABŞ-nin dəstəyinin olmaması bizim hava hücumundan müdafiə sistemimizin, “Patriot” üçün raketlərimizin, 155 mm-lik artilleriya mərmilərimizin olmaması deməkdir. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - Zelenski vurğulayıb.

 

Zelenski sursat çatışmazlığını misal çəkərək qeyd edib ki, əgər kifayət qədər sursat olmasa, Ukrayna cəbhə xəttini “daraltmağa” məcbur olacaq.

 

APA

Tarix: 30 Mart 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin