BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətə qarşı dələduzluq edən şəxslər məhkəmə qarşısına çıxarılır

Bakıda şirkətə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Müşfiq Sarıyev, Toğrul Abdullayev və Aleksey Ələkbərovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın aprelin 3-nə təyin edilib. Onlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Sarıyev 8 il, Toğrul Abdullayev 6 il 6 ay və Aleksey Ələkbərov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Müşfiq Sarıyevin cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilib və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Toğrul Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Ona təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 il 6 aya endirilib. Aleksey Ələkbərov tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib.

 

Qeyd: Hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham elan olunub. Onlar tikinti şirkətinə qarşı ümumilikdə 313641 manatlıq dələduzluq ediblər.

 

Kamal Məmmədov

Tarix: 1 Aprel 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin