BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 100 mindən çox pulunu mənimsəyən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Mənimsəmədə təqsirləndirilən Emin Şahkərimovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. 

 
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın aprelin 3-nə təyin edilib. O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Emin Şahkərimov "A+CO" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100335 manat pulunu mənimsəyib. Daha sonra Emin Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.

 

Kamal Məmmədov

 

Tarix: 1 Aprel 2024, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin