BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda 8 il əvvəl qətl törədən şəxslər qərardan narazıdırlar

Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın aprelin 2-nə təyin edilib.

 

İttihama görə, hadisə 2016-cı il iyunun 23-də Qusar rayonunun Kuzunqışlaq kəndində baş verib. Əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb. Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

 

Müəyyən edilib ki, İmran Bədirov dostu Sadiq Əmiraslanovla Qusar rayonunun mərkəzi bazarında yerləşən "Sürücü" kafesində yeyib-içiblər. Sərxoş dostların yadına digər dostları Əzizulla Məmmədovun söyüş söyməsi düşüb. Hesab ediblər ki, Əzizulla bu söyüşləri işlətməklə onların şəxsiyyətini alçaldıb. Bu səbəbdən onlar Əzizullanı maşına mindirərək "Çoban dərəsi" adlanan ərazisindəki "Şimal" kafesinə gətiriblər. İki dostun məqsədi Əzizullanı içirdərək sərxoş etmək olub.

 

Əzizullanın sərxoş olduğunu görəndə onu Samur-Dəvəçi kanalının yanına aparıb, boğazına ip keçirərək boğublar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 1 Aprel 2024, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin