BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Taksi sürücülərini kənara atmaq, avtomobillərini yararsız hesab edib işsiz qoymaq məqsədəuyğun deyil"

“Bu, həqiqətən də, düşündürücü məsələdir. Taksi xidməti ilə minlərlə insan məşğul olur. Onların hamısını kənara atmaq, avtomobillərini yararsız hesab edib işsiz qoymaq məqsədəuyğun deyil. Sözsüz ki, bu barədə mütləq ciddi fikirləşmək lazımdır. Digər tərəfdən, həmin taksi sürücüləri üçün lazımi iş imkanları yaradılmalıdır. Bu adamlar evlərinə bir tikə çörək aparırlar, ailələrini, uşaqlarını dolandırırlar. İstifadə etdikləri avtomobillərə məhdudiyyət qoymaq, yaxud rəng məsələsini ortaya atıb onları işdən kənarlaşdırmaq bu gün üçün uyğun deyil. Ölkə rəhbəri cənab İlham Əliyev insanların rifah halının yaxşılaşdırılmasından, qayğıdan danışır. Cənab Prezident istəyir ki, bütün insanlarımız işlə təmin olunsunlar, yeni iş yerləri açılsın, vətəndaşların rahatlıqları təmin olunsun. Aidiyyəti orqanlar bu barədə düşünməlidirlər. Sözsüz ki, həyata keçirilən tədbirlər dəstəklənməlidir, amma müəyyən çərçivədə...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

 

Deputat bildirib ki, istər avtobus, istərsə də taksi sürücülərində müəyyən problemlər mövcuddur: “Bəziləri qaydaları pozur, qanunlara əməl etmirlər. Bütün bunlar nizamlanmalı, qanun çərçivəsində tədbirlər görülməlidir. Elə taksi sürücüləri var ki, onlar işləməyə o qədər də uyğun deyillər. Hər biri tibbi müayinədən keçməli, yoxlanmalıdır. Digər tərəfdən vaxtın azlığı problemlər yaradacaq. Çünki taksilərə müəyyən nişanlar qoyula, bununla fərqləndirilə bilərlər. Bir müddət sonra bu məsələlər aradan qaldırıla da bilər. Buna görə də işsizliyin yaranmaması, narazılıqların baş verməməsi üçün dəqiq mexanizm hazırlanmalı, araşdırmalar aparılmalıdır. Bu gün öz işinin öhdəsindən gələn, nümunəvi xidmət göstərən taksi sürücüləri də var. Onların işdən kənar qalmaları məqsədəuyğun deyil”. 

 

Aytəkin Qardaşova 

Tarix: 1 Aprel 2024, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin