Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukrayna və Rusiya arasında 10 illik saziş imzalandı

Ukraynanın “Ukrtansnafta” və Rusiyanın “Transneft” şirkətləri arasında 10 il müddətinə Ukraynaya neftin ixracına dair müqavilə imzalanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Ukrtansnafta”nın “Facebook” səhifəsində məlumat verilib.

 

Bildirilib ki, iki şirkət arasında imzalanan müqavilənin təməl şərtləri dəyişməz olaraq qalır.

 

“3 dekabrda “Ukrtransnafta” və “Transneft” şirkətləri arasında Ukrayna ərazisinə neft ixracı ilə bağlı əlavə müqavilə imzalanıb. Daha 10 il müddətinə uzadılan müqaviləyə əsasən neft ixracı 1 yanvar 2020-ci ildən 1 yanvar 2030-cu ilə qədər qüvvədə olacaq”, - deyə məlumatda qeyd olunub.

 

Sənəd Xorvatiyanın Zaqreb şəhərində baş tutan enerji konfransı çərçivəsində imzalanıb.

Tarix: 3 Dekabr 2019, 19:02   
Xəbər lenti
Çox oxunanlar