BURADA REKLAMINIZ OLA
BİLƏR

Suriya MN: İsrailin zərbəsi nəticəsində İranın Dəməşqdəki konsulluq binası dağılıb, ölənlər var - YENİLƏNDİ

İsrailin hava zərbələri nəticəsində ölənlər var.

 

Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib

 

“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, - deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.

 

Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.

 

Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.

 

Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb.

 

APA

 

***

19:15

 

İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.

 

Bu barədə İran mediası məlumat yayıb.

 

“Tasnim”in məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.

 

Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.

 

Hələlik rəsmi məlumat verilməyib.

 

APA

Tarix: 1 Aprel 2024, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin