BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq.

 

“1972-ci ildən bəri UTC (Koordinasiya edilmiş Universal Saat) universal vaxt şkalasına əlavə saniyələri vaxtaşırı artırır.

 

Hesablamalarımız göstərir ki, bəşəriyyət Yerin fırlanmasına onun nüvəsindəki süxurların hərəkətinin təbiəti, eləcə də qütb buzalaqlarının ərimə prosesinin necə təsir etdiyini nəzərə alaraq, 2029-cu ildə ilk dəfə UTC-dən bir əlavə saniyəni çıxarmalı olacaq, - deyə tədqiqatçı bildirib.

 

Kaliforniya Universitetinin professoru Dunkan Aqnev Yerin daxili hissəsində və səthində baş verən müxtəlif proseslərin planetin öz oxu ətrafında fırlanma sürətinə və günün uzunluğuna necə təsir etdiyini təhlil edərkən belə qənaətə gəlib. Keçmişdə alimlər hesab edirdilər ki, Yer kürəsində günün uzunluğu getdikcə artmaqdadır ki, bu da planetimizlə Ay arasındakı cazibə qüvvəsinin qarşılıqlı təsiri nəticəsində onun fırlanma sürətinin ləngiməsi ilə bağlıdır.

 

Oxu.az

Tarix: 2 Aprel 2024, 05:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin