BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyanın Honsyu adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

 

Bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

 

Yeraltı təkanların episentri İvate prefekturasında, zəlzələocağı isə yerin 71 km dərinliyində yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Akita, Aomori, Miyaqi, Fukusima, Yamaqata, eləcə də Hokkaydo prefekturalarında hiss olunub.

 

APA

Tarix: 2 Aprel 2024, 06:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin