BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə sədri cərimələndi

Biləsuvar rayon Əliabad bələdiyyəsinin sədri Əliyev Məhəmməd Sayatxan oğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 2 Aprel 2024, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin