BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə şirkət rəhbərinin cəzasını ağırlaşdırdı

Sumqayıt Apellyasiya Məhkəməsində vergidən yayınmada, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmədə, vəzifə saxtakarlığında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Çingiz Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, Şamaxı Rayon Məhkəməsinin çıxardığı hökm apellyasiya protestinə üzeə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadədə) maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilməsi hissəsində dəyişdirilib. Çingiz Məmmədov həmin maddə ilə aylıq qazancından 20 faiz tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablanıb. Çingiz Məmmədova təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkəcək.

 

İttihama görə, Çingiz Məmmədov şirkətlərdən birinin baş direktoru olarkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək üzümçülük təsərrüfatında işçilərin əmək müqaviləsi bağlanılmadan xeyli sayda şəxsi işlərə cəlb edilməklə işlədib. O, həmçinin zərərçəkmiş şəxsin adına saxta müqavilə tərtib edərək vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edib.

 

Eyni zamanda, Çingiz Məmmədov Şamaxı rayonu, Çıraqlı kəndi ərazisində xüsusi mülkiyyətində olan 103,666 hektar torpaq sahəsinin 46 hektarında üzümçülük fəaliyyəti ilə məşğul olması ilə əlaqədar 2018-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə ümumilikdə 14862,50 manat məcburi sığorta haqqı və 89,04 manat gəlir vergisi müəyyən edildiyindən və bu halın şəxsin xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınması halı kimi dəyərləndirilməsini mümkünsüz edib. Çünki təqsirləndirilən şəxs tərəfindən yayındırılan vergi və məcburi dövlət sosial sığorta haqlarının həddi məsuliyyətə cəlb edilmə üçün müəyyən edilən həddən aşağıdır.

 

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə o, CM-in 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 213.1-ci (vergidən yayınma) maddəsinə aid hissədə bəraət verilib, CM-in 162-1.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, Çingiz Məmmədova cəza təyin edilməyib. CM-in 308.1-ci maddəsi ilə ona 2000 manat cərimə cəzası təyin olunub.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2024, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin