BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbli mərhum atasını söyən kişini bıçaqladı - MƏHKƏMƏ

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə ötən il Mingəçevir şəhəri, A.Şaiq küçəsi 15 saylı binanın qarşısında qeydə alınıb.

 

Belə ki, hadisədən əvvəl Namiq Fərəcov binanın qarşısında sahibsiz itlə oynayıb və onu buraxdıqdan sonra həmin vaxt it küçədə olan azyaşlının üzərinə hücum çəkib. Bu zaman uşaq qaçarkən yerə yıxılıb və xəsarət alıb. Səhəri günü isə həmin uşağın atası, zərərçəkmiş Qəfər Qəfərov (şərti) binanın qarşısında məktəbdən qayıdan Namiqi görüb, azyaşlı oğlunun yıxılmasına və xəsarət almasına səbəbkar olduğuna görə təqsirləndirilən şəxsə irad bildirib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb və Qəfər onun və mərhum atasının ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Namiq yaşadığı mənzildən mətbəx bıçağını götürərək zərərçəkmişin yanına gəlib. Nəticədə o, Qəfərə iki bıçaq zərbəsi endirərək ona bədən xəsarətləri yetirib.

 

İstintaq dövründə Namiq Fərəcovun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2024, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin