BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinə elektron qolbaq taxıldı

Şəki Apellyasiya Məhkəməsində qanunsuz ağac kəsməkdə təqsirləndirilən Sahib Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmamverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Sahib Məmmədov 2022-ci ilin dekabr ayının əvvəllərində Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Kalva kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışan zaman sözügedən kənd Mədəniyyət evinin həyətindən meşə fonduna daxil olmayan ümumilikdə 26 ədəd ağacları motorlu mişarla kəsdirib. O, zərərçəkmiş Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinə 3 700 manat məbləğində ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsib. Həmin hərəkətləri ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.3-cü (Qanunsuz ağac kəsmə,  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.

 

Ağsu Rayon Məhkəməsinin hökmü ilə Sahib Məmmədov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 2 Aprel 2024, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin