BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə kafe sahibini bakalla vuran şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Qasım Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmamverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, аpellyаsiyа şikayəti qismən təmin edilib, Qax Rayon Məhkəməsinin çıxardığı hökm cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib.

 

İttihama görə, Qasım Əliyev 20 avqust 2023-cü il tarixdə, saat 23:00 radələrində ictimai yerdə yəni, Qax rayonu, Baydarlı kəndinin mərkəzində yerləşən zərərçəkmiş Habil Səfərzadənin (şərti) işlətdiyi “Camaloğlu” kafesinə gəlib. O, kafenin həyətində heç bir əsaslı səbəb olmadan obyektin sahibi zərərçəkmiş şəxslə mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə kafedən çöldə yerləşən yolda Habilə zor tətbiq edərək obyektdən əvvəlcədən götürdüyü pivə bakalı ilə zərərçəkmiş şəxsin sol ayaq nahiyəsinə 1 dəfə və sol qulaq nahiyəsinə 1 dəfə qəsdən vuraraq ona  bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Qasım Əliyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 2 Aprel 2024, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin