BURADA REKLAMINIZ OLA
BİLƏR

Evində qohumları ilə telefonda uca danışan şəxsi bıçaqladı - CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmazda rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Sandra Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 06 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində Xaçmaz rayonu, Yalama kəndi, Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Sandra Səfərovun evində internetdən istifadə edərək qohumları ilə sosial şəbəkə vasitəsi ilə danışmaq üçün həmkəndlisi, zərərçəkmiş Bəxtiyar Tarkuliyev qonaq gəlib. Zərərçəkmiş sərxoş vəziyyətdə telefonla qohumları ilə yüksək səslə danışaraq nalayiq söyüşlər söyüb. Sandra da həmkəndlisinə irad bildirib. Sonra Bəxtiyar onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Sandra isə zərərçəkmiş şəxsə onun evindən çıxıb getməsini tələb etməsinə baxmayaraq, Bəxtiyar yenə də təqsirləndirilən şəxsin sözlərinə əhəmiyyət verməyib. Daha sonra Sandra Səfərov mətbəx bıçağı ilə bir dəfə qəsdən onun sol tərəf döş qəfəsi nahiyəsindən vuraraq, Bəxtiyara xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 3 Aprel 2024, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin