BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 91 min manatını mənimsəyən əməkdaşına cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmədə təqsirləndirilən Şöhrət Səfərzadənin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 6 il 06 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Şöhrət Səfərzadə “A+CO” Açıq Səhmdar Cəmiyyətinin tədarük və logistika meneceri vəzifəsində işləyib. O, anbarına, avtomobil qarajlarına və çatdırılma xidmətinə rəhbərlik edib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aylıq əmək haqqı 4000 manat məbləğində olub. 

 

Şöhrət Səfərzadə 2022-ci ildə Cəmiyyətin anbarında yararsız olan kordonların, salafanların, plastmasların, plastmas qabların, tibbi plastik qabların və müddəti keçmiş utilizasiya olunmuş aliminium bankaların satışının təmin edilməsinin, habelə ödənişlərin qəbul edilməsinin ona həvalə olunmasından istifadə edərək ASC-nin ümumilikdə 90 839,96 manat məbləğində pulunu mənimsəyib.

 

Onun barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 Aprel 2024, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin