BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayacaq? - "Aprelin 5-dən sonra..." - AÇIQLAMA

“Aydın məsələdir ki, Ermənistanın işğalı altında olan 8 kənd Azərbaycana məxsusdur. Bunu hətta rəsmi İrəvan da etiraf edir, dəfələrlə Ermənistan rəsmiləri də təsdiqləyiblər. Doğrudur, müəyyən təbəqənin, yerli sakinlərin, xüsusilə radikal qüvvələrin Nikol Paşinyana qarşı çıxış etməsi müşahidə olunur, amma həqiqət budur ki, 4 kənd birinci mərhələdə mütləq Azərbaycana qaytarılmalıdır. Artıq bəyanatlardan əməllərə keçmək lazımdır. Belə bir təəssürat yaranıb ki, bəyanat vermək və bəyanatları yerinə yetirməmək Paşinyanın ənənəvi prioritetinə çevrilib. Hər şey aydındır. Görünür, daxili vəziyyəti nəzərə alır, ona qarşı çıxış edən qüvvələrlə hesablaşır, məsləhətləşir. Ola bilsin, xarici qüvvələr də öz təzyiqini göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib. 

F.Sadıqov Ermənistan Azərbaycanın tələblərini yerinə yetirmədiyi halda aprel ayında müharibə olacağı barədə ehtimalları isə belə dəyərləndirib: “Düşünürəm, Brüsseldə keçiriləcək 5 aprel görüşündən sonra məsələ daha da aydın olacaq. Bütün hallarda, Azərbaycan ardıcıl, sistemli addımlar ataraq hər an bizə məxsus olan torpaqları - 8 kəndi azad etməyə qadirdir və hazırdır. Genişmiqyaslı əməliyyatlar həyata keçiriləcəyini düşünmürəm, anti-terror əməliyyatlarının müəyyən bir hissəsi olacaq. Bu, heç də o demək deyil ki, Ermənistanı genişmiqyaslı müharibəyə cəlb edirik. Söhbət ancaq ilk mərhələdə 4 anklavdan gedir. Əgər bu 4 kəndi könüllü qaytarmaq istəyirlərsə, qaytarsınlar. Əks halda, əlbəttə, bizim o kəndləri Azərbaycana qaytarmağa tam hüququmuz var”. 

 

Aytəkin Qardaşova 

Tarix: 3 Aprel 2024, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin