BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç nəfərin ölümünə səbəb olan “Səba”nın sürücüsünün cəzası azaldıldı

Ali Məhkəmədə Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərar cəzaya aid hissədə dəyişdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.
 

Qeyd: Hadisə 2022-ci il yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
 

Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
 

Daha sonra F.Əsədov təqsirləndirilən şəxs qisimində saxlanılıb.
 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

 

Kamal Məmmədov

 

Tarix: 4 Aprel 2024, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin