BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə şirkətin 100 mindən çox pulunu mənimsəyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Emin Şahkərimovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. 
 

Qeyd: Emin Şahkərimov "A+CO" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100335 manat pulunu mənimsəyib. Daha sonra Emin Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 4 Aprel 2024, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin