BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin bəraət hökmü ləğv edilən əməkdaşı kassasiya şikayəti verdi

“Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 
Qeyd: 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib. FHN istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin bəraət verilməsinə dair Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilib. Kamran Babayevin Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 4 Aprel 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin