BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP-nin avtomobil nömrələrinin yerində olmaması iddiası ilə sürücülərə cərimə yazması tənqid olundu: "Qanunda elə müddəa yoxdur, tamaşa düzəldiblər"

“Bu yaxınlarda bir videoda gördüm ki, yol polisi avtomobilləri saxlayıb onlara cərimə yazır. Cərimə nə idi? “Maşınının nömrəsi yerində deyil”. Halbuki maşınların nömrəsi yerində idi. Sadəcə, biri sağda, biri solda idi. Yol polisi isə buna görə cərimə yazırdı. Bir nəfər dedi ki, qanunvericilikdə belə bir şey yoxdur. Axı niyə cərimə yazırsınız? Maşının qabağında olan nömrə buferin sağındadır, mərkəzindədir, ya solundadır, bu, fərq etmir. Qanunda belə bir göstəriş yoxdur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “Avtostop” verilişinin aparıcısı Tural Yusifov (DJ Tural) deyib. 

““Dövlət qeydiyyat nişanının yerində olmaması” deyəndə nömrəni şüşənin altına, dama, ya arxa "podpress"ə qoymağınız, qucağınızda gəzdirməyiniz, alnına yapışdırmağınız nəzərdə tutulur. Axı bu nömrənin yeri maşının önüdür. Qanunda “nömrə buferdə, mütləq mərkəzdə olmalıdır, standartı da mərkəzdir” ifadəsi yoxdur. Bir avtomobil növündə bufer  mərkəzdədir, əyridir, digərində isə kvadratdır, kənardadır. Nömrə həqiqətən də kameranın görünüş dairəsindən kənarda olsaydı, ona həmin cərimə doğru yazıla bilərdi. Buferi açıb, nömrəni avtomobilin banına bağlayan da var. Bufersiz maşın sürmək 50 manat cərimə ilə nəticələnir. Nəyəsə görə televiziyaların iştirakı ilə belə bir tamaşa düzəltdilər. Hamıya da cərimə yazdılar. Axı şəhərimizdə 135 min yol hərəkəti və onun təşkil olunması ilə bağlı problem var. Məncə, biz “İnşaatçılar” metrostansiyasının qabağında cərimə yazsaq, nizamlasaq, daha doğru olmaz? Nömrə öndə sağdadır. Nə olsun? Qanunda belə bir müddəa yoxdur!”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 Aprel 2024, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin