BURADA REKLAMINIZ OLA
BİLƏR

Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan mağazalar şəbəkəsi cərimələnir

"Bazarstore" MMC-yə (mağazalar şəbəkəsi) inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən cərimə edilib.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatındadır.

 

Qeyd: Mağazalar şəbəkəsi tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.

 

Xəyal Quliyev

Tarix: 5 Aprel 2024, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin