BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışlarını bıçaqlayan sərxoş gəncə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə tanışlarını bıçaqlamaqda təqsirləndirilən təqsirləndirilən Tamerlan Məlikovun (soy adı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 10 may 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” adlı kafenin qarşısında qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Tamerlan Məlikov sərxoş vəziyyətdə olan zaman zarafata görə tanışları Rəşad Səfərov və Qasım Qasımovu (hər ikisinin ad, soyadı şərti) bıçaqlayıb.

 

Hadisədən sonra o, polis əməkdaşları tərəfindən saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 5 Aprel 2024, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin