BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qəbiristanlıqda silahlı insident törədən şəxslə bağlı qərar çıxardı

Goranboy Rayon Məhkəməsində qəbiristanlıqda xuliqanlıq etməkdə təqsirləndirilən Qədir Şirinzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Taleh Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 8 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Aprllyasiya Məhkəməsi Qədir Şirinzadənin apellyasiya şikayətini qismən təmin edib, onun cəzasını 2 il 6 aya edirib.


Qeyd: Hadisə 1 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Goranboy rayonu, Rəhimli kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb.


Belə ki, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşının vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlib, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.


Q.Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 










Tarix: 5 Aprel 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin