BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsəndə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Röyal Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


Qeyd: Hadisə 29 iyul 2023-cü il tarixdə Daşkəsən rayonunun Bayan kəndində qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Röyal Hidayət oğlu Allahverdiyevlə həyat yoldaşı Aytən İsa qızı Quliyeva arasında yaşadıqları evdə mübahisə olub. R.Allahverdiyev daha sonra icarəyə götürdüyü obyektə gedib.


Həyat yoldaşı ilə əvvəllər də mübahisələri olan qadın Göygöl rayon Yeni Qızılca kəndində yaşayan atasına zəng edərək məsələni ona bildirib. 1965-ci il təvəllüdlü İsa Quliyev qızı ilə birgə R.Allahverdiyevin icarəyə götürdüyü obyektə (çayçı və avtoyuma) gedərək övladını aparacağını deyib. Bununla razılaşmayan kürəkən kəsici ailətlə qadına xəsarət yetirib.


Hadisəni törətməkdə şübhəli bilinən R.Allahverdiyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov 



Tarix: 5 Aprel 2024, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin