Azərbaycan hələ “Böyük Qayıdış”ın başlanğıcından dünyaya bir daha sübut etdi ki, hərb meydanında döyüşdüyü kimi, quruculuq işlərində də intensiv iş aparmaq gücündədir. Ölkəmizin qısa müddətdə Qarabağ ərazisində həyata keçirdiyi abadlıq və əhalini məskunlaşdırma işləri eyni zamanda siyasi əhəmiyyətə malikdir. Ərazilərin yenidən qurulması, yeni istehsal sahələrinin təşkili və məskunlaşmanın yeni konsepsiyası istiqamətində artıq xeyli vacib addımlar atılıb. Azərbaycan dövləti aparılan müxtəlif vektorlu işlərlə bir daha göstərdi ki, Qarabağ hər zaman hüquqi və siyasi cəhətdən Azərbaycana bağlı olub.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, “Böyük Qayıdış” Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq bir hadisədir:

“Torpaqları işğlaçıdan geri almaq bir hadisədirsə, həmin torpaqları məskunlaşdırmaq, orada insanların yurd-yuva qurmalarına, məskən salmalarına şərait yaratmaq məsələnin daha vacib tərəfidir. Çünki torpaq onu əkib-becərənindir. İnsan yağı düşməndan azad edilmiş torpağına qayıdırsa, orada viran edilmiş, dağıdılmış yerləri yenidən canlandırmağa, nəfəsi ilə isitməyə, əkib-becərməyə başlayırsa, torpaq artıq onun üçün vətənə çevrilir, vətən olur. Daş, qaya “vətən” demək deyil. İnsan nəfəsi ilə isinən, onun əlləri ilə cana gələn, əkilib-biçilən torpaqlar olduqca vətən anlayışı bütün anlamı ilə bərqərar olur. Buna görə də “Böyük Qayıdış” proqramı tariximizin əzəmətli səhifəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının torpağa nə qədər bağlı olduğunu, onu əkib-becərməyə, məhsulunu yığmağa nə qədər həvəsli olduğunu aydın surətdə ortaya qoyur, qoyacaq. Zənnimcə, məskunlaşmamış əhali, yaşanmayan torpaq vətən torpağı deyil. Torpaq yalnız məskunlaşanda, qabarlı insan əlləri ilə cana gətirildikdə əsl torpağa - vətən torpağına çevrilir”.
Politoloq Yusif Bağırzadə isə bildirib ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın təmin olunması ölkənin qarşısına qoyduğu əsas prioritetlərindən biridir:

“İşğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan, Füzuli, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərimizdə görülən işlər, hava limanlarının açılması, şəhər və rayonlarımızın Baş Planının təsdiq olunması, buna uyğun fəaliyyətin təşkili, infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır. Müharibənin başa çatmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Amma nəticə göz qabağındadır. Azərbaycan dövlət olaraq hər kəsə bunun mümkünlüyünü sübut edərək bütün bədbin proqnozları darmadağın etməyi bacardı. Görülən işlərin nəticəsidir ki, bu gün Şuşa bütövlükdə Türk Dünyasının siyasət və mədəniyyət mərkəzi rolunu oynayır. Hazırda Şərqdən-Qərbə böyük tranzit yolunun Azərbaycan hissəsinin tikintisi başa çatdırılıb. Füzuli və Laçın şəhərinə, Ağalı, Talış, Zabux kəndlərinə 1360 ailə olmaqla, 5354 nəfərin qayıdışı təmin edilib. Bütün bunlar, sözün həqiqi mənasında, Zəfər savaşının qələbəsi qədər əhəmiyyətlidir və dövlətimizin qüdrətini təsdiqləyən faktlardır. Təbii ki, “Böyük Qayıdış”ın tam şəkildə təmini üçün bir sıra mühüm amillər vacib şərtdir. Bunların sırasında isə minalanmış ərazilərin təmizlənməsi də öncül sıralarda yer alır. Mənfur düşmənlərin 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda apardıqları minalama indiyə qədər yüzlərlə vətəndaşımızın həyatına son qoyub. Həmin ərazilərin minadan təmizləmə işləri də sürətlə davam etdirilir. Artıq 20%-ə yaxın ərazinin minalardan təmizlənməsi təmin olunub. Dövlətimiz bütün mümkün imkanları ilə Böyük Qayıdış Proqramının uğurla icra edilməsi üçün hər şeyi edir. 2022-2026-ci illər üçün işğaldan azad oluna ərazilərimizin bərpa və yenidənqurmasına 19.2 milyard manatın ayrılması da bunun bariz sübutudur. 2026-cı ilədək 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıtmasının təmin olunacağına artıq heç kimin şübhəsi yoxdur”.
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
Ən son xəbərləri səhifəmizdən də izləyin