“Hər hansı insan vəzifədən getdikdən sonra onun haqqında kifayət qədər tənqid söyləmək çox asandır. Amma çalışmalıyıq ki, hər bir məsələyə imkanlarımız, biliklərimiz daxilində daha obyektiv yanaşaq. AFFA - futbol sahəsi ölkəmizdə ən çox tənqid olunan sahələrdən biridir. Bu da təbiidir. Futbol idman oyunlarının şahı sayılır. Ətrafına ən çox azarkeş kütləsi toplayan idman növüdür, çox populyardır. Böyük bir kütlənin diqqət etdiyi sahədə uğurlar az olanda, yekun nəticə qənaətbəxş olmayanda tənqidlərin sayı daha da artır. Bu da təbiidir. Rövnəq Abdullayev uzun müddət AFFA-ya rəhbərlik edib. Seçki konfransı günü FİFA-nın prezidenti Canni İnfantinonun Azərbaycan futbolu, AFFA və Rövnəq Abdullayev haqqında dediyi xoş sözlərə qatılmaq olar. Eyni vaxtda tənqidi fikirlər də söyləmək olar. Rövnəq Abdullayevin dövründə AFFA tərəfindən çox işlər görülüb. Stadionlar tikilib, futbolun maddi-texniki bazasının irəliləməsi üçün vacib işlər görülüb. Klubların formalaşdırılmasına, aşağı divizyon klublara qismən də olsa, maliyyənin verilməsi, yığma komandaya başçılıq etmək üçün digər ölkələrdən tanınmış futbol mütəxəssislərin cəlb olunması... Bu, başqa məsələdir ki, onların çoxu effekt verməyib, yaxud seçim doğru-düzgün olmayıb. Bu, sırf mütəxəssislərin işidir, çünki AFFA prezidenti futbol mütəxəssisi deyil. Bu mənada hər bir uğursuzluğun onun adına çıxarılması düzgün olmaz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan futbolunun Avropaya, dünya futboluna inteqrasiya olunması istiqamətində də çox işlər görülüb: “Eyni vaxtda problemlər də mövcuddur. Əsasən də uşaq futbolunda problemlər var. Gələcəkdə futbolumuzun inkişaf etməsini istəyiriksə, mütləq gücümüzün daha çox uşaq futbolunun yaradılmasına, regionlarda futbolun inkişaf etdirilməsi və oradan uşaqların, yeniyetmələrin cəlbinə ehtiyac var idi. Burada boşluqlar olub. İkincisi, gördük ki, hətta AFFA-nın prezidenti və İdarə Heyəti tərəfindən yox, aşağı vəzifəli şəxslərdə də AFFA tərkibində bir çox məsələlərdə “yaxınlıq”, hər hansı maraqların güdülməsi halları da kifayət qədər olub. Bu isə orada ümumi ədalətli sistemin qurulmasına, daha yaxşı inkişafın getməsinə maneə törədən məqamlardan biridir. Yenə deyirəm, tənqid etmək çox asandır. Uzun illər öncə ölkəmizdə futbolla bağlı stadionların, bazaların, klubların formalaşdırılmasına baxsaq, indiki məqama nəzər yetirsək, təbii ki, kifayət qədər işlərin görüldüyünü də söyləyə bilərik”.
V.İskəndərov deyib ki, əsas tənqid olunan futbol üzrə yığma komandadır: “Təbii ki, yığma komandanın oyununu güclü görmək istəyiriksə, əsas işlərin görülməsinə ehtiyac var. Milli çempionatın daha güclü olması, komandaların sayının çoxluğu üçün Azərbaycan futbol yetirmələrinin xarici klublarda daha çox oynamaları lazımdır. Onlar böyük çempionatların təcrübəsini qazanaraq yığma komandalar tərkibində yaxşı oyun göstərə bilərlər. Fəxrimiz olan “Qarabağ”ın timsalında bunu görürük. Avropanın ən güclü klublarından birinə çevrilib. Bunu həm də əsasən xaricdən alınmış futbolçuların hesabına edə bilirik. Bunların hər birini formalaşdıran çox güclü mütəxəssis Qurban Qurbanovun əməyi danılmazdır. Klubun formalaşdırılması, orada bütün görülən işlər, təbii ki, Qurbanovla bağlıdır. Sevinirik ki, belə bir mütəxəssisimiz var. Yığmamız inkişaf edir, amma dünyanın futbol komandaları da yerində dayanmır. Onlar olduqları vəziyyətdən daha da inkişaf etmək üçün işlər görürlər. Bu, uzunmüddətli prosesdir. Düşünürük ki, Azərbaycan futbolu inkişaf edəcək. AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayırıq. Təbii ki, heç kim kral, şah deyil. Əsas qarşıda duran böyük məsuliyyətdir. Bu, vəzifədir. Vəzifənin öhdəsindən gəlmək lazımdır. Yeni heyət heç bir halda yaxınlığa, tanışlığa, digər məsələlərə baxmadan yalnız milli məsələ kimi bu işə yanaşmalı, Azərbaycanın adını, bayrağını, dövlətimizin şərəfini uca tutmaq üçün əllərini-qollarını çirmələyərək gərgin işləməli, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Bunu AFFA-dan gözləyirik. Düşünürük ki, irəliyə baxmaq lazımdır. yeni çağırışlar, metodlar var. Bunların hər birini Azərbaycan futbolunda tətbiq edərək daha da inkişaf etmək lazımdır”.
Aytəkin Qardaşova
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
Ən son xəbərləri səhifəmizdən də izləyin