BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azneft" barəsində inzibati protokol tərtib edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İ Salyan Rayon Məhkəməsinin hakimi Ənnağı Məmmədlinin icraatındadır. Baxış iclası aprelin 24-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 6 Aprel 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin