BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda illər əvvəl həmyerlisini öldürərək basdıran şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sevindik Nəzirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: 2022-ci ildə yayılmış rəsmi məlumata əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində 8 il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib.

 

Belə ki, aparılmış intensiv istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə gedişatında tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürüb.

 

Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmaqla istintaqa təhvil verilib.

 

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf etmiş və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərib.

 

Hadisə yerinə baxış zamanı Sevindik Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb.

 

Kamal Məmmədov

Tarix: 6 Aprel 2024, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin