BURADA REKLAMINIZ OLA
BİLƏR

Nişanlısının yanında ondan borcunu istəyən şəxsi bıçaqladı - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində tanışını xuliqanlıq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Qalib Əlizadənin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 04 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən binanın qarşısında qeydə alınıb.

 

Belə ki, Qalib Əlizadənin tanışı, zərərçəkmiş Vaqif Dadaşovun (şərti) dayısına 1000 manat borcu olub. Vaqif də təqsirləndirilən şəxsdən onun nişanlısının yanında borcu nə vaxt verəcəyini soruşub və bu barədə söhbət etmək üçün onu çayxanaya dəvət edib. Qalib də bunu özü üçün qəbul edilməz hal kimi qiymətləndirib. Sonra o, tanışını bıçaqlayıb.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 6 Aprel 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin