BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada güclü daşqın: Evlər su altında qaldı, əhali təxliyə olunur - VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb.

 

Orskda su basmış elektrik şəbəkəsi obyektləri bağlanıb, bir sıra ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Ural çayının səviyyəsi səhər saatlarında 9,27 metr təşkil edib ki, bu da təhlükəli səviyyədən 2 metr çoxdur.

 

Hazırda 2 556 yaşayış binasını su basıb, 4 208 nəfər təxliyə edilib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sakinlərin təxliyəsini davam etdirirlər.

 

Qəza yerində 530-dan çox mütəxəssis, 125 texnika işləyir.

 

Oxu.az

 

Tarix: 6 Aprel 2024, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin