BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Dəniz Qüvvələri körfəz yaxınlığında gəmiyə hücum barədə məlumat yaydı

Ədən körfəzindən 59 dəniz mili cənub-qərbdə gəmiyə hücum baş verib.

 

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi məlumat yayıb.

 

Onun sözlərinə görə, gəmi yerli vaxtla saat 05:05-də hücuma məruz qalıb. "Faktla bağlı araşdırma aparılır", - mesajda deyilir. Əlavə məlumat verilmir.

 

Mərkəz Qırmızı dəniz bölgəsindəki gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli insident barədə məlumat vermək üçün standart tövsiyələr verir.

 

APA

Tarix: 7 Aprel 2024, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin