BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Hacı Şahinin "Youtube" kanalının ələ keçirilməsindən danışdı: "Onun əksər fikirlərini mən də düşüncə olaraq qəbul etmirəm, amma..."

"Hacı Şahin Həsənlinin "YouTube" kanalının ələ keçirilməsi barədə məlumatım yoxdur. Belə bir l hal varsa, onun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Başqalarının da belə bir halla üzləşməməsi üçün bu əməli törədən şəxslərlə bağlı araşdırma aparıla bilər. Bu, insanların incidilməsinə, mənəvi cəhətdən iztirab çəkməsinə gətirib çıxarır. Hər halda vəfat etmiş şəxslərə qarşı belə bir addımın atılması etik, yaxşı hal deyil..."

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

"Kiminsə fikrindən qorxmağa, düşüncəsindən çəkinməyə ehtiyac yoxdur. Düşüncəyə düşüncə ilə cavab verərlər. Əgər Hacı Şahinin hər hansı fikirləri qəbul olunmursa... Onun əksər fikirlərini onsuz mən də düşüncə olaraq qəbul etmirəm, amma buna arqumentli, əsaslı cavab verməyə hər kəsin imkanı çatır", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Aprel 2024, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin