BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Hacı Şahin Həsənlinin "YouTube" kanalını ələ keçirənlər cəzalandırılmalıdır"

"Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin "YouTube" kanalının ələ keçirilməsi yaxşı hal deyil. Hacı Şahin Azərbaycanın tanınmış, fəal dini maarifləndirmə və təbliğat aparan şəxslərindən biri idi. Onun şəxsiyyətinə fərqli yanaşmalar, fərqli baxış bucaqları olsa da, bütün hallarda o, bir din xadimi idi. Din xadimi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırdı".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

 "Hüquq-mühafizə orqanları tərəfindən araşdırma, ciddi təhlil olmadan bu əməlin kim tərəfindən həyata keçirildiyini söyləmək mümkün deyil. Müxtəlif tərəfləri ittiham etmək, ayrı-ayrı şəxslər haqqında bu fikirləri söyləmək olar, amma tələsmək olmaz. Bu həm də bir təhlükəsizlik məsələsi, ciddi hadisədir. Qəbuledilməz əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədənlər ortaya çıxarılıb mütləq cəzalandırılmalıdır. Bu məsələ dini baxımdan və digər tərəflərdən qəbuledilməzdir. Gələcəkdə belə halların baş verməməsi üçün real addımlar atmalıyıq", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 Aprel 2024, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin