BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasının sevgilisi tərəfindən döyülən 7 yaşlı uşaq dilənçiliyə məcbur edildi

Anasının sevgilisi tərəfindən döyülən 7 yaşlı uşaq dilənçiliyə məcbur edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.

 

O, həmin uşağın həyat hekayəsi haqqında məlumat verib: "O, hələ 7 yaşında olarkən parkda dilənçilik edərkən polis əməkdaşları tərəfindən tapılıb. Bir müddət sonra balaca anasının sevgilisi tərəfindən dəfələrlə döyülmüşdür. Məlumatlara görə anasının ciddi psixoloji problemləri var. Balaca qızımızın sənədi belə yoxdur, eləcə də təhsildən yayındırılıb. Sonuncu dəfə yenə diləndirilərkən parkda tapılıb və bizim sığınacağa gətiriblər. Balacanın artıq sənəd işləri və təhsili ilə bağlı işlərə başlamışıq, eyni zamanda Ailə, Qadın və Uşaq Problemlərinə üzrə Dövlət Komitəsinə balaca ilə bağlı müraciət etmişik".

Tarix: 3 Dekabr 2019, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin