BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkətin həbsdə olan meneceri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində işlədiyi xarici şirkətə məxsus külli miqdarda pulu gizli yolla ələ keçirməkdə təqsirləndirilən Elçin Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Bir müddət əvvəl Türkiyənin “FCB Artgroup” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdə bildirilib ki, şirkətin Azərbaycandakı nümayəndəliyində reklam üzrə mütəxəssis (əmək müqaviləsi üzrə SMM meneceri) vəzifəsində işləmiş 1990-cı il təvəllüdlü Elçin Tağıyev gizli yolla şirkətə məxsus 160 min dollardan çox pulu mənimsəyib.

 

Müraciət əsasında aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb. Məlum olub ki, Elçin şirkətin sosial şəbəkə səhifələrində reklamların yerləşdirilməsi üçün səlahiyyətə malik olub. O, şirkətə məxsus bank kartlarını sosial şəbəkələrə daxil edib. Lakin təyin edilmiş məbləğlərdə reklam paylaşımları etməyərək 500 min dollarlıq reklam büdcəsinin 160 min dollarını özünə yönləndirib. O, işlədiyi şirkətə məxsus bank kartları ilə digər reklam verən şəxs və qurumların reklamını həyata keçirib və 170 min dollara yaxın pul əldə edərək özününküləşdirib.

 

Bundan sonra SMM meneceri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 177.3.2-ci maddələri (mənimsəmə və oğurluq- külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb.

 

İstintaq müddətində onun barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

 

Xatırlatma: Elçin Tağıyevə hökm oxunana qədər o, başqa şirkətdə dijital menecer vəzifəsində çalışıb. 

 

Kamal Məmmədov

Tarix: 9 Aprel 2024, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin