BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alverçisi olan qadın həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Təranə İsmayılovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Qeyd: Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.

 
Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyir.

 

Kamal Məmmədov

 

Tarix: 9 Aprel 2024, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin