BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Qobustanda yol qəzasında hindistanlıların ölümündə günahlandırılan şəxslərlə bağlı qərar çıxardı

Ali Məhkəmədə yol qəzasında Hindistan vətəndaşlarının ölməsinə səbəb olmaqda təqsirləndirilən Həsənağa Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə ötən il iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları - Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

 

Hadisədən sonra H.Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Kamal Məmmədov

 

Tarix: 9 Aprel 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin